YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti: Qlobal Bakı Forumu bütün ölkələrin qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumu çox maraqlıdır, çünki müxtəlif ölkələrin nümayəndələrinə təkcə region ölkələri qarşısında deyil, həm də bütün dünyanın qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir.

Bunu tədbir çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib. /Trend/

O, Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışının əhəmiyyətini də vurğulayıb: “Mən artıq ənənəyə çevrilmiş bu forumun keçirilməsində təşəbbüsü üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən əvvəlki forumda da iştirak etmişəm, burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir”.