YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Avqustun 5-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tədbir nazir Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin bu il iyunun 17-dən 19-dək İrana səfəri zamanı keçirilmiş ikitərəfli görüşlərin davamı olaraq təşkil edilib.

Son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışan Əli Abbasov bildirib ki, ölkəmiz İran dövləti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan hökuməti özəl informasiya texnologiyaları şirkətlərinin əməkdaşlığına hər zaman dəstək verməyə hazırdır. Ə. Abbasov ölkəmizin dünyanın bir sıra aparıcı ölkələri ilə birgə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, bu il İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb.

Ölkələrimiz arasında əməkdaşlıqda İKT sahəsini yeni fürsət kimi dəyərləndirən Mahmud Vaezi hər iki ölkənin müvafiq nazirlikləri arasında rabitə sahəsindəki mövcud əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qonaq ölkələrimiz arasında internet, radioyayım, radiotezliklərin idarə edilməsi və başqa sahələrdə nəzərdə tutulan məsələlərin danışıqlar yolu ilə həllini dəstəkləyərək, İranla Azərbaycanın İKT sahəsinin inkişafında bir-birinə qarşılıqlı kömək göstərməsinin vacibliyini vurğulayıb.

Görüşdə rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi, yeni istiqamətlər, gələcək perspektivlər müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv