YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik ünvanladı

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Arif qızı Əliyevaya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.”

 

DİGƏR Xəbərlər Arxiv