YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib

Martın 6-da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iclasın gündəliyi barədə məlumat verib.

İclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələyə baxılıb.

Məzahir Pənahov bildirib ki, deputatlıq fəaliyyəti dövründə xanım Mehriban Əliyeva böyük uğurlar qazanıb. Onun fəaliyyəti seçicilər tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin dünyada təbliği, tariximizin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlər göstərib. MSK sədri əminliklə bildirib ki, xanım Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətində də ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqincə xidmət edəcək.

Qeyd olunub ki, Mehriban Əliyeva Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət edib. Mərkəzi Seçki Komissiyası Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələyə baxıb. Qərar səsə qoyularaq qəbul edilib.