YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur

Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, ticarət dövriyyəsinin daha da böyüməsi üzərində işləmək lazımdır.

Onun sözlərinə görə, Moskvaya səfəri zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və iki ölkənin xarici işlər nazirlikləri arasında məşvərətlərin keçirilməsi və tədbirlər planının imzalanması planlaşdırılır.