YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi ili» elan olunması İƏT-ə üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirilir

«Azərbaycanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı  müasir dövrdə müsəlman ölkələrini birləşdirən ən nüfuzlu beynəlxalq qurumdur». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, dini birlik əsasında yaradılan bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında İslam həmrəyliyini möhkəmləndirmək, elm, mədəniyyət, sosial-iqtisadi və digər mühüm sahələrdə əməkdaşlığa tərəfdar çıxmaqdan ibarətdir. Onun sözlərinə görə, həmçinin, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv olunmasına səy göstərmək, müsəlman xalqlarının inkişafına yardım etmək, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığı üçün hər cür şərait yaratmaq İƏT-in əsas məqsədləri sırasındadır.

«2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi ili» elan olunması İƏT-ə üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dünyada baş verən iqtisadi, hərbi-siyasi, mədəni proseslər, demoqrafiya və dinlə bağlı dəyişikliklər açıq-aşkar göstərir ki, din mövzusu hələ uzun müddət əhəmiyyətini qoruyub saxlayacaqdır. Odur ki, müsəlman aləmində alovlanan tonqalı söndürmək, regionun çoxsaylı problemlərini həll etmək istiqamətində Azərbaycan əlindən gələni edir. Bu baxımdan 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi islami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi qərar kimi qiymətləndirilməlidir»- deyə, G.Baxşəliyeva vurğulayıb.