YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fehmi Ərdoğan: Ermənilərin təxribatları onların indiyədək Qarabağda törətdiyi ağır cinayətlərdən biridir

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri Türkiyədə böyük etirazlara səbəb olub.

Tanınmış türk şairi Fehmi Ərdoğan bildirib ki, ermənilərin təxribatları onların indiyədək Qarabağda törətdiyi ağır cinayətlərdən biridir.
“Haqdan, ədalətdən, hüquq bərabərliyindən danışan dünya birliyinin ayrı-ayrı təmsilçiləri öz torpaqlarının, doğma yurdlarının iyirmi ildən çox bir müddətdə hərbi döyüş meydanına çevrilməsinə razı olarlarmı? Qarabağ Tanrının Azərbaycan xalqına bəxş etdiyi gözəl bir məkandır. Bu torpağa təcavüz gözəlliyə, şeirə, sənətə, musiqiyə, insanlığa təcavüzdür. Beynəlxalq ictimaiyyət dərk etməlidir ki, dünyada sülhün və sabitliyin bərpası Dağlıq Qarabağda Azərbaycan xalqına qarşı illərdən bəri davam edən haqsızlığın aradan qaldırılmasından keçir”, - deyə o vurğulayıb.