YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tokioda Xocalı soyqırımının 25-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Yaponiya ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi haqqında məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı çoxsaylı uşaq, qadın, yaşlı insanların vəhşicəsinə öldürülməsi ilə diqqəti cəlb edir. Dünyanın 10-dan artıq ölkəsinin Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanındığı, eyni zamanda ABŞ-ın 20-dən çox ştatı tərəfindən faciə ilə bağlı Azərbaycana göstərilən həmrəylik haqqında məlumat verib.

Səfir, ermənilərin cəbhə bölgəsində son təxribatları barədə danışaraq, Azərbaycan ordusu tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını vurğulayıb.

Tədbirdə Sasakava Sülh Fondunun baş elmi işçisi, professor Akira Matsunaqa çıxış edərək Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu, bu faciənin yenidən təkrar olunmaması üçün cinayətkarların cəzalanadırılmasının vacibliyini bildirib. Xocalı soyqırımı haqqında dünya, o cümlədən Yaponiya ictimaiyyətinin kifayət qədər məlumatlı olmadığını qeyd edən professor, Azərbaycanın ədalətli mövqeyi haqqında məlumatların hər zaman ermənilər tərəfindən təhrif edildiyini nəzərə çatdırıb. Yaponiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılması üçün səylərini əsirgəməyəciyini bildirib.

Tarixə nəzər salan professor hazırda Ermənistanın yerləşdiyi ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu vurğulayaraq, bu ölkənin Azərbaycana qarşı təcavüzünün xaricdəki erməni lobbisi və digər qüvvələr tərəfindən dəstəkləndiyini bildirib. Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı ikili standartların mövcudluğunu qeyd edən A.Matsunaqa, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasının vacibliyini vurğulayıb.

Sonda Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv