YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Erməni tərəfi öz məqsədinə nail ola bilməyəcək

«Ermənilərin məqsədi  təmas xəttinə beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etməkdir. Bununla istəyirlər ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər». Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, düşmən tərəf  Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Onun sözlərinə görə, Azərbaycan həmin təklifi qəbul etməyib.

«Çünki şərtimiz ondan ibarətdir ki, erməni qoşunları işğal edilmiş ərazilərimizi tərk etməlidir. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər. Eyni zamanda, ermənilərin cəbhədə təxribatlar törətməsi Ermənistanda keçiriləcək parlament sekiləri ilə bağlıdır. Sarkisyan hakimiyyəti xalqa iqtisadi baxımdan hansısa bir müsbət nəticələr təqdim edə bilmir. Nəzərə alınsa ki, aprel döyüşlərindən də ermənilər məğlub çıxıb, ona görə indi çalışırlar ki, hansısa bir üstünlük qazansınlar. Amma bu hədəflərinə nail ola bilməyəcəklər»- deyə, R.Musabəyov qeyd edib.