YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

V Qlobal Bakı Forumu çərçivəsində terrorizmlə mübarizənin yolları da müzakirə ediləcək

Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri V Qlobal Bakı Forumunda bir araya gələcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə Forumda təmsil olunan İranın sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcəklər.

Forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyi, bu əlaqələrin nizama salınmasında zəruri olan ittifaqların qurulması, terrorizmlə mübarizənin yolları, transatlantik münasibətlərin gələcəyi, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidləri müzakirə ediləcək, qlobal problemlərin həlli yolları barədə təkliflər səsləndiriləcək.

Xatırladaq ki, V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv