YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mətbuatı təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə geniş yer ayırıb

Türkiyə mətbuatı Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi məsələsini əsas mövzu kimi diqqət mərkəzində saxlayır.

Mətbuat təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə də geniş yer ayırıb. Türkiyənin nüfuzlu xəbər portallarından olan www.yenicaggazetesi.com.tr saytında yerləşdirilmiş “arxalı köpək qurd basar” məqaləsi də bu qəbildəndir.

Xanım jurnalist Selcan Taşçı Dağlıq Qarabağ münaqişəsinin tarixinə və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə aydınlıq gətirərək yazır ki, təcavüzkar Ermənistan bütün parametrlərlə Azərbaycandan geridədir. Belə olan halda, Azərbaycan torpaqlarının işğalı barədə düşünərkən qardaş ölkənin qədim bir el məsəlini xatırlayırıq: arxalı köpək qurd basar.