Xəbərlər
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribatları davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.