YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyul ayında Azərbaycan dünya bazarına 150 min 593 ton dizel yanacağı çıxarıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən iyul ayında 128 ton avtomobil benzini, 150 min 593 ton dizel yanacağı, 24 min 190 ton təyyarə yanacağı və 105 min 794 ton vakuum qazoylu ixrac edilib.

Bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvar-iyul aylarında isə dünya bazarlarına 686 ton avtomobil benzini, 528 min 229 ton dizel yanacağı, 99 min 782 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 215 min 429 ton vakuum qazoylu ixrac olunub. İyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 1003,97 dollar, təyyarə yanacağının 946,68 dollar, dizel yanacağının 883,51 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 604,72 dollar təşkil edib.