YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti İran ilə Azərbaycanın iqtisadi inkişafına böyük təkan verəcək

İran ilə Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti müştərək şəkildə inşa olunur.

Bu sözləri İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi Astaraya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Hindistanı Fars körfəzi ilə, Fars körfəzini isə Finlandiya ilə birləşdirəcək. Bu yol İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə digər yollara nisbətən daşınan malları mənzil başına 26 gün tez çatdıracaq.

Vali bildirib ki, Azərbaycan ilə İran Astarada (İran) tikiləcək dəmir yolu terminalını da birgə inşa edəcək və terminaldan müştərək istifadə olunacaq.