YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Xocalı soyqırımı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətdir

«Xocalı soyqırımı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ermənilər bununla dünyada görünməmiş vandalizm törədiblər.   Onun sözlərinə görə, dövlətimizin apardığı siyasət və «Xocalıya ədalət» kampaniyası nəticəsində Xocalı soyqırımı dünyanın bir sıra ölkələrində və beynəlxalq təşkilatlarda müzakirə olunub, soyqırımı və insanlığa qarşı cinayət kimi hüquqi-siyasi qiymətini alıb.

«Çox təəssüf ki, hələ də bəzi beynəlxalq təşkilatlar və ölkələr Ermənistanın işğalçı ordusu tərəfindən törədilmiş bu faciəyə lazımi qiymət verməyib. Bu mənada tariximizin silinməz səhifələrinə və qan yaddaşımıza yazılmış bu cinayətə beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilənədək hər bir azərbaycanlı, o cümlədən  gənclərimiz bu dəhşətli faciəni dünya ictimaiyyətinə tanıtdırmaq yolunda səylərini əsirgəməməlidir»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.