Xəbərlər
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf fevralın 24-26-da Azərbaycanda səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Mahmud Əli Yusufun fevralın 24-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.