YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ölkəmizdə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” MMC-nin Atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat vəsait ayrılıb.