YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rob Sobhani: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün tarixi hadisədir

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün tarixi hadisədir.

Bunu Trend-ə ABŞ-ın"Caspian Group Holdings"-in baş direktoru Rob Sobhani deyib.

O, bildirib: "Bu təyinat qlobal nöqteyi-nəzərdən tarixi hadisədir, çünki müsəlman ölkəsində qadının belə yüksək vəzifəyə təyinatının göstəricisidir. Mehriban Əliyevanın çox nailiyyətləri var və ölkə üçün çox işlər görüb".

Onun sözlərinə görə, bu xüsusilə də Azərbaycan qadınları üçün vacib hadisədir, ona görə ki, Azərbaycanda hər bir gənc xanım Mehriban Əliyevanı nümunə götürərək inanacaq ki, nə vaxtsa o da nazir, vitse-prezident ola və ölkənin inkişafına öz töhfəsini verə bilər.