YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

Azərbaycan ilə Ukrayna arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsindədir.

Bu sözləri Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviç deyib.

Səfərinin məhsuldar olduğunu qeyd edən Kuryaçiy Maksim Pavloviç bildirib: “Keçirdiyimiz görüşlərdə bir sıra vacib məsələləri müzakirə etdik. Son 25 ilə nəzər salsaq görərik ki, bu müddət ərzində Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq səmərəli olub. Biz, həmçinin əməkdaşlığın perspektivlərinə nəzər saldıq. Ukrayna ilə Azərbaycan arasında energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli potensial mövcuddur”.

DİGƏR Xəbərlər Arxiv