YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir

Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə mart ayında Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ilk dəfə Qlobal Bakı Forumuna qatılan şahzadə Turki əl-Faysalın Forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə 23 il rəhbərlik etmiş Turki əl-Faysal 1979-cu ildə Məkkənin terrorçulardan azad olunması istiqamətində ölkəsinin apardığı çətin və irimiqyaslı əks-kəşfiyyat əməliyyatlarında iştirak edib. Usama bin Laden, Taliban lideri Məhəmməd Ömərlə dəfələrlə görüşərək danışıqlar aparmış Turki əl-Faysal Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri olub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumu martın 16-17-də baş tutacaq. Tədbirdə 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçısının, hökumət rəhbərlərinin, fəaliyyətdə olan və keçmiş rəsmi şəxslərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin və yüksək vəzifəli nümayəndələrinin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv