YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Vladimir Doroxin diplomatların Cocuq Mərcanlıya səfərini önəmli addım hesab edir

Bizim Cocuq Mərcanlıya bu səfərimiz çox əhəmiyyətlidir. Xarici ölkələrin səfirləri öz gözləri ilə həqiqətləri görə bilirlər. Biri var münaqişə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, biri də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən.

Bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində deyib.

Cocuq Mərcanlı kəndinə səfər etməyin nümunəvi addım olduğunu vurğulayan səfir Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözləri ilə gördüklərini qeyd edib.

Səfir Rusiyanın bu münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv