YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Fransua Ollandın fikirləri Ermənistanın maraqlarına xidmət edir

«ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri fəaliyyətlərində ermənipərəst mövqe nümayiş etdirirlər. Əgər belə olmasaydı, onlar işğalçı dövləti çoxdan sülhə məcbur edə bilərdilər. Çünki hər üç dövlət dünyada güclü, böyük dövlətlərdir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları  çərçivəsində həll olunması onlar tərəfindən qısa müddətdə reallaşdırıla bilər. Çünki işğalçı Ermənistan bu dövlətlərin mövqeyinə qarşı çıxa bilməz». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı  Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ermənilər Fransanı özlərinə ikinci vətən hesab edirlər. Onun sözlərinə görə, Fransua Ollandın fikirləri Ermənistanın maraqlarına xidmət edir.

«Bir neçə il öncə Sarkozi Fransa prezidenti olarkən demişdi ki,  Ermənistan bizim kiçik bacımızdır. Mən də o zaman belə bir fikir söyləmişdim ki, Ermənistan Fransanın  əxlaqsız bacısıdır. İndi Fransua Olland ondan biraz da qabağa gedir. Deyirlər ki, erməni mətbuatı Ollandın fikirlərini təhrif edib. Amma o, hər nə deyibsə, ermənilərin mənafeyinə xidmət edir. Beynəlxalq hüquq var, eləcə də . Azərbaycanın BMT-yə qəbul olunarkən ərazisi, əhalisi qeyd olunub. Bütün beynəlxalq qanunlar da əsas verir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivzsində həll olunmalıdır. Əgər millətlərin öz müqəddəratını müəyyən etməkdən gedirsə, ermənilər Azərbaycan ərazisində dövlət yaradıblar. Əgər Qarabağ erməniləri istəyirsə, gedib Ermənistanda yaşasınlar.   Millətlərin öz müqəddəratından danışsaq, onda Fransanın özü  bir neçə yerə bölünməlidir. Yəni məsələ bu cür yanaşma kökündən səhfdir»- deyə, E.Məmmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv