YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri başlayıb

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Nümayəndə heyəti Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər, eləcə də Azərbaycan Prezidentinin Sərəncamı ilə hazırda burada görülən bərpa işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

 

DİGƏR Xəbərlər Arxiv