YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Ölkə Prezidentinin sərəncamı genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir

«Cəmiyyətdə qanunların aliliyinin təmin olunması, bütün instansiyalarda münasibətlərin hüquqi yolla tənzimlənməsi Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfləri kimi müəyyənləşdirilib. Respublikamızda demokratik hüquqi dövlət quruculuğunun qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti kimi bütün fundamental prinsipləri ölkənin əsas qanununda təsbit olunub». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı dövlətimizin  humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.

«Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl olaraq müasir çağırışlara uyğun hüquqi islahatlar həyata keçirilir. Son illərdə ölkəmizdə hüquq sistemində islahatlar konsepsiyasına uyğun olaraq Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında aidiyyəti qurumların funksionallığının artırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə praktiki müstəvidə effektiv fəaliyyətlərinin təmin olunması, cəzanın humanistləşdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi, səmərəli antikorrupsiya platformasının formalaşdırılması və bu kimi digər istiqamətlərdə zəruri addımlar atılıb. Bu da hüquqi islahatların davamlılığından xəbər verir»- deyə, komitə sədri vurğulayıb.