YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: Bu hadisə dövlətimizin və Prezidentimizin nə qədər qətiyyətli olduğunu bir daha göstərdi

«Aleksand Lapşinin Azərbaycana ekstradisiyası çox önəmli məsələdir». Bu fikri Milli Məclisin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşən Musayev deyib.

E.Musayev bildirib ki, bu hadisə dövlətimizin və Prezidentimizin nə qədər qətiyyətli olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, Lapşin Azərbaycanın ərazi bütlövlüyünə şübhə və kölgə salan fəaliyyətdə bulunub, faktiki cinayət törədib, cəzasını da çəkməlidir. Millət vəkili, bu xüsusda Belarus prezidenti A.Lukaşenkoya mərdliyindən və cəsarəti üçün böyük bir təşəkkür düşdüyünü söyləyib.

«Belarus prezidenti bir çox məqamı, riski və rezonansı gözə alaraq, ədalətli qərar verdi. Lukaşenko həqiqətən Azərbaycanın dostudur və bizlərin haqq işində növbəti dəfə yanımızda olduğunu göstərdi. Bütün hallarda 3 ölkənin vətəndaşı olan blogerin Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi sıradan bir hadisə kimi səciyyələndirilə bilməz. Rezonans da hadisəyə tam adekvatdır. Diqqət edin, Belarusun Ermənistandakı səfirliyi qarşısında aksiyalar başlayıb, Belarusun KTMT üzvlüyünə xitam verilməsi ilə bağlı məsələ qaldırılır, dünya mediası mövzunu daha da şişirdir və tirajlayır. Bunlar elə-belə məsələlər deyil. Azərbaycanı Qarabağ üzərindəki qələbələrə də məhz bu cür sərrast diplomatiya və qətiyyətli mövqe aparacaq»- deyə, E.Musayev qeyd edib.