YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan musiqi proqramı təqdim ediləcək

Fevralın 23-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı təqdim edəcək.

Bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyəti özünün “facebook” səhifəsində yerləşdirib.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təqdim ediləcək musiqi proqramında Nəzrin Əfəndiyeva (fortepiano), Astrid Qallez (yan fleyta) və Mari-Karmen Suarez (skripka) Azərbaycan, alman, rus və fransız bəstəkarlarının klassik və müasir əsərlərini səsləndirəcəklər.