YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Piter Teyz: Lapşinin məsuliyyətə cəlb olunmasına dair Azərbaycanın fəaliyyəti və göstərdiyi qətiyyət yüksək qiymətə layiqdir

«Lapşinin məsuliyyətə cəlb olunmasına dair Azərbaycanın fəaliyyəti və göstərdiyi qətiyyət yüksək qiymətə layiqdir». Bu fikri ABŞ-ın beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyz deyib.

P.Teyz bildirib ki, Azərbaycan onun qanunlarını nümayişkaranə şəkildə pozan və onu saxlamaq iqtidarında olmamasına görə bu ölkəyə istehza edən cinayətkarı nəinki saxladı, həm də adları “qara siyahıda” olan bütün şəxslərə, habelə işğal altındakı Dağlıq Qarabağa getmək istəyən potensial qanunpozanlara başa saldı ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək qeyri-qanunidir və bu hərəkətlər neqativ nəticələr doğurur.

«Təqdirəlayiqdir ki, Azərbaycanın hakimiyyət orqanları Lapşinin qeyri-qanuni fəaliyyəti ilə bağlı ardıcıl tədbirlər görüblər. Onlar Lapşinin işi ilə bağlı məsələlərin digər ölkələrlə birgə həllində diplomatik səylərə görə də hörmətə layiqdirlər. Əslində hamını başqa ölkədən kiminsə Azərbaycanın işğal altındakı ərazisinə getməsi və ədalət mühakiməsindən qaçması deyil, Azərbaycan vətəndaşlarının öz torpaqlarına getmək imkanından məhrum olması narahat etməlidir. Azərbaycanın iki vətəndaşının doğma torpağına getməsi üstündə erməni rejiminin nəzarətində olan Xankəndində əsir götürülməsi ədalət mühakiməsinin olmamasının təsdiqidir. Məhz burada biz ədalətsizliyi görürük və məhz burada ədalət bərpa olunmalıdır»- deyə, ameraklı ekspert vurğulayıb.