YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti artıq bütün dünyada ifşa olunub

«Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti artıq bütün dünyada ifşa olunub». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, ölkəmizə ekstradisiya olunan Aleksandr Lapşin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda yaratdığı qondarma, seperatçı rejimi təbliğ edirdi. Təbii ki, bunun da arxasında erməni lobbisi dayanır.

«Onun Belarusda həsbs olunmasının ardından ermənipərəst mərkəzlərin, hətta bəzi dövlətlərin də etirazları göstərdi ki, Lapşin müəyyən maraqların əli ilə ortaya atılmış birisidir. Amma Azərbaycan dövləti bu cür təxribatçıların ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlik addımlarını cavabsız qoymadı. O, qanun qarşısında cavab verməlidir. Başda Sarkisyan olmaqla işğalçı Ermənistan hakimiyyəti məğlub olduqlarını gec də olsa anlayıblar. Ötən illər ərzində Azərbaycanın istər iqtisadi, istər sosial cəhətdən inkişafı, ordu quruculuğu istiqamətində atılan addımlar, beynəlxalq münasibətlər sistemində tutduğu yer ortadadır. Amma Ermənistan nəinki bir addım da irəli gedə bilməyib, əksinə geriləyib»- deyə, F.Qasımova qeyd edib.