YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan ilə İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam İnqilabının 38-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 38 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. O deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Mövcud əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Son zamanlar iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər əlaqələrimizin daha da genişlənməsinə təkan verib.

İqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. Nazir Ş.Mustafayev iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına böyük təkan verdiyini deyib. O, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir deyib ki, Azərbaycan ilə İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.