YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

AZPROMO-dan bildirilib ki, biznes-forumda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və digər rəsmi şəxslər və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.