YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Handskidult: Bənzərsiz ölkədə, füsunkar məkanda və mehriban insanların əhatəsində olmaqdan gözəl dünyada heç nə yoxdur

Bənzərsiz ölkədə, füsunkar məkanda və mehriban insanların əhatəsində olmaqdan gözəl dünyada heç nə yoxdur.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Vyana Akademik Orkestrinin üzvü, skripka ifaçısı Rafael Handskidult deyib.

Azərbaycana ilk dəfə bir neçə il əvvəl səfər etdiyini bildirən qonaq ötən müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, yeni tikililərin onda unudulmaz təəssürat oyatdığını xüsusilə vurğulayıb.

İstedadlı musiqiçi belə bir gözəl təşəbbüsü irəli sürənlərə, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək deyib: “Burada yenidən olmaqdan çox məmnunam. Dostlarla yenidən görüşmək, onlarla birlikdə olmaq insana xüsusi zövq verir. Biz artıq musiqiçilərdən ibarət bir ailəyik. Bu, məni sözün həqiqi mənasında məmnun edir. Qəbələ qeyri-adi və gözəl məkandır. Qəbələnin təbiəti möhtəşəmdir. Bu gün səhər şəhər ətrafında gəzintiyə çıxdım. İnsanların mehribanlığı və qonaqpərvərliyi məni heyran etdi. Belə bir məkanda çıxış edən Yohannesburq Simfonik Orkestrinin çıxışı da çox yaddaqalan oldu”.