YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər Müsavat Partiyasının qızışdırıcı siyasətinə etiraz etdi

Bu gün Bakıda bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, etirazçılar Müsavat Partiyası rəhbərliyinin apardığı qızışdırıcı siyasətə, ümummilli lider, ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərə etirazlarını bildiriblər.

Aksiyada “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “İdarəçiliyinizi gördük, daha hərc-mərclik istəmirik!”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, "İsa Qənbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!", "Məhəmməd Əmin Rəsulzadə barədə danışmağa haqqın yoxdur!" kimi şüarlar səsləndirilib.

Etiraz edən gənclərdən Orxan Daşdəmir deyib ki, gənclər İsa Qəmbərdən ümummilli lider və ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərə görə hesabat verməyi tələb edir: “Biz bura gəlmişik ki, İsa Qəmbər bizim qarşımıza çıxsın və səsləndirdiyi fikirlərin hər birinin hesabatını versin. Ancaq o özü gizlənib, qarşımıza yaşlı insanları çıxarıb. İsa Qəmbər 1990-cı il hadisələrində də gizlənmişdi, 20 yanvarda ölkəmiz şəhidlər verəndə İsa Qəmbər qaçıb öz dostunun evində gizlənmişdi. İndi çıxıb qarşımıza qanunsuz hərəkətlərinin hesabatını versin”.

Etiraz aksiyasının digər iştirakçısı Elməddin Əmirov da bildirib ki, İsa Qəmbər siyasi fəaliyyəti dövründə ancaq Azərbaycan xalqına etiraz edib: “Onun xəyanətləri nəticəsində bu gün Azərbaycan xalqı əziyyət çəkir, bizim 20 faizdən çox torpaqlarımız işğal altındadır. İsa Qəmbər bu gün də ermənipərəst qüvvələrlə görüşür və Azərbaycan əleyhinə olan qüvvələrə dəstək verir. Ona görə də gənclər bu gün etiraz aksiyası keçirir”.

Digər etirazçı Nərminə Yunusova isə deyib ki, müasir və müstəqil Azərbaycanın azad fikirli gənclərinin etiraz aksiyasının səbəbi İsa Qəmbərin Azərbaycan xalqının xilaskarı olan ümummilli lider haqqında qeyri-etik fikirlər səsləndirməsidir: “Məhz İsa Qəmbərin çətinliklərlə üz-üzə qoyduğu, daxilində qardaş qırğını yaratdığı Azərbaycan xalqını ən ağır günlərdən ulu öndər Heydər Əliyev qurtardı. Bunu hər bir Azərbaycan vətəndaşı qəbul edir. İsa Qəmbər sanır ki, Azərbaycan xalqının yaddaşı silinib. İsa Qəmbərin Azərbaycan xalqının başına gətirdiyi oyunları unudub, indi də çıxıb Məhəmməd Əmin Rəsulzadənin adından istifadə edərək özünü təmizə çıxarmağa çalışır. Biz gənclər də buna etiraz olaraq buraya yığışmışıq”.

 

DİGƏR Xəbərlər Arxiv