YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Pənahov: Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır

«Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələrində olduğu kimi gənclər sahəsi də uğurla inkişaf edir.  Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir». Bu fikirləri YAP Gənclər Birliyinin ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib.

Ə.Pənahov bildirib ki, Ulu öndərin bu siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və bütün layihələrə dəstək vermişdir. Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib.

«Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Bütün bu təşəbbüslər və təşkilatlanmalar, təbii ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı demokratik mühitin konkret nəticələridir. İndi əsas amalımız bu günə kimi formalaşmış gənclər ordusunu heç bir itki vermədən gələcəyə doğru aparmaqdır. Şübhəsiz ki, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyinin İlham Əliyev kimi Prezidenti və səmimi dostu var»- deyə, Ə.Pənahov qeyd edib.