YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq

«Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir. Bu faktı müxtəlif ölkələrin nümayəndələri də  vurğulayırlar. Azərbaycana gələn xarici qonaqlar deyirlər ki, gənclərlə iş sahəsində  nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Çünki artıq bu sahədə  Azərbaycanın böyük təcrübəsi və nailiyyətləri var». Bu fikirləri yap.org.az saytına gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, görülən işlər nəticəsində gənclərimiz bu gün nəinki ölkə daxilində, beynəlxalq müstəvidə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Bir çox gənclərimiz xaricdə təlimçi qismində iştirak edərək əcnəbi  gənclərlə təcrübəmizi bölüşülər.

«Biz öz siyasətimizi «Gənclər siyasəti haqqında» qanuna uyğun olaraq qurmuşuq. Bununla yanaşı, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası adlı sənəd var ki, bu gün həmin sənəddə nəzərdə tutulan tədbirləri həyata keçiririk. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində addımlar atmağa çalışırıq. İstedadlı-yaradıcı  gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər fəaliyyətimizin ön sıralarında gedir. Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq»- deyə, nazir müavini vurğulayıb.