YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub

«Ermənistan-Azərbaycan Sülh Platforması” həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən irəli sürülən çox unikal bir platformadır». Bu fikri  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, münaqişənin yaranmasından indiyədək olan müddət ərzində ilk dəfədir ki, məhz Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri belə bir sülh platformasının yaradılmasına qərar veriblər. Onun sözlərinə görə, bu platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini məqsəd kimi qarşıya qoyub.

«Vətəndaş və xalq diplomatiyasından fərqli olaraq bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir. Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyri-şərtsiz yerinə yetirilməli, Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağ ətrafında olan 7 rayon işğaldan azad olunmalı, məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilməlidir. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanalı və ermənilərin təhlükəsizliyinə tam şəkildə təminat verilməlidir. Sözügedən prinsiplər bu gün sülh üçün yeganə psinsiplərdir»- deyə, A.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv