YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin sədr müavini Serbiya, Bosniya və Hersoqovinada beynəlxalq konfransda iştirak edəcəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 31 iyul – 3  avqust tarixlərində Serbiya, eləcə də Bosniya və Hersoqovinada rəsmi səfərdə olacaqdır.

Qeyd edək ki, həmin tarixlərdə Avropa Demokrat Gənclər İcması (DEMYC) təşkilatçılığı ilə İdarə heyətinin iclası və beynəlxalq konfrans keçiriləcəkdir. Sözü gedən tədbirdə aktual olan siyasi, iqtisadi mövzuda məsələlər, həmçinin Avropa Demokrat Gənclər İcmasına (DEMYC) üzv olan təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müştərək layihələr və tədbirlərin keçirilməsi barədə müzakirələr aparılacaqdır.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv