YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şapiro: Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır

Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro deyib.

C.Şapiro bildirib ki, rəhbərik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

Komitə prezidentinin sözlərinə görə, Azərbaycanın dünyəvi müsəlman dövləti olması ilə yanaşı, İsraillə dost olması da çox vacibdir. “Bu, yəhudi dövləti ilə İslam mədəniyyətinə sahib olan ölkənin birgə çalışa bilməsinin və konstruktiv tərəfdaş ola bilməsinin bir nümunəsidir”.

Amerika Yəhudi Komitəsinin prezidenti onu da qeyd edib ki, Azərbaycanın yəhudi icması ilə görüşü zamanı komitə üzvləri burada yaşayan yəhudilərin firavan yaşadıqlarını və özlərini bu ölkədə rahat hiss etdiklərinin şahidi olub.

 

DİGƏR Xəbərlər Arxiv