YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstana tikinti materiallarının ixracını təqribən 10 faiz artırıb

İl ərzində Gürcüstana Azərbaycan istehsallı tikinti materiallarının idxalı 9,7 faiz artıb. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin yanvar-iyun aylarının yekunu üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, bu ilin 6 ayında Azərbaycandan Gürcüstana 10,66 milyon dollar dəyərində 62,39 min ton tikinti gipsi və digər anhidritlər idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 8,9 min ton üstələyir. Müqayisə üçün: 2013-cü ilin ilk 6 ayında Gürcüstana 9,72 milyon dollar dəyərində 53,49 min ton tikinti materialı idxal edilib. /Trend/

Gürcüstana Azərbaycan ixracının ümumi həcmində tikinti materialların xüsusi çəkisi hesabat dövründə 3,6 faiz olub.

İlin I yarısında Gürcüstan Azərbaycandan 294,1 milyon dollar dəyərində məhsul idxal edib. Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxal il ərzində 7,6 faiz artıb. Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında Gürcüstan 273,2 milyon dollar dəyərində Azərbaycan məhsulu idxal edib.

 

DİGƏR Xəbərlər Arxiv