YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımlar atılır

Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi və minimum əməkhaqqının artırılması barədə Sərəncamları əhalinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımlardır.

Bunu yanvarın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 24-də keçirilən mətbuat konfransda deyib.

S.Müslümov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür.

Nazir deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək Fərman və Sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldildi. Sosial iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən əməkhaqlarının 7 faiz, pensiyaların 8 faiz artımı ilə müşahidə olundu”.