YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əziz Əliyevin 120 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Yanvarın 27-də Gəncədə görkəmli ictimai xadim və alim Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur.

İnstitutdan bildirilib ki, bu, yubiley tədbirləri çərçivəsində regionlarda keçirilən ikinci konfransdır. Bundan əvvəl Əziz Əliyevin 120 illik yubileyi Lənkəranda geniş qeyd edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən yubiley tədbirləri silsiləsi ölkənin tibb ictimaiyyətinin iştirakı ilə Bakıda Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi-praktik konfransla davam edəcək. Konfransın materialları toplu halında, habelə “Tibb və elm” jurnalının xüsusi buraxılışında çap olunacaq.