YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim zəruri addımlar atılır

«Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən daim zəruri addımlar atılır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, dövlət başçısı tərəfindən minimum əmək haqqının artırılması bu baxımdan önəmlidir. Onun sözlərinə görə, minimum əmək haqqının artırılması bütövlükdə əməkhaqlarına təsir edir.

«Dünyada baş verən qlobal böhran şəraitində Azərbaycan dövləti sosial məsələləri daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə hər zaman əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olub. Bu da Azərbaycanın sosialyönümlü dövlət olduğunun göstəricisidir»- deyə, R.Əliyev vurğulayıb.