YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jewish Journal” nəşri Azərbaycanda və ABŞ-da birinci xanımların nümunəvi rolundan yazır

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Materialda Azərbaycanda və ABŞ-da birinci xanımların nümunəvi rolunun əhəmiyyətindən bəhs olunur.

Müəllif yazır ki, aparıcı vəzifələr tutan qadınlar Azərbaycan cəmiyyətinin güclü və mühüm tərkib hissəsidir. Azərbaycanda qadınlara seçki hüququ 1919-cu ildə, yəni ABŞ-da qadınların analoji hüquq əldə etməsindən bir il əvvəl verilib. Hazırda sağlam cəmiyyət geniş əhatəliliyi və milli birliyi dəstəkləyən liderlərin fəaliyyətinə arxalanır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu fəaliyyətdə xüsusi rol oynayır. Birinci xanım 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində çalışır. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti ölkənin iqtisadi, mədəni və sosial inkişafının təmin edilməsinə yönəlib. Fəaliyyətin əsas istiqamətlərindən biri uşaqların həyat şəraitini yaxşılaşdırmaqdır.

Son səkkiz ildə Birləşmiş Ştatların birinci xanımı olmuş, artıq bu vəzifəni tərk etməyə hazırlaşan Mişel Obama da analoji fəaliyyətlə məşğul olub. Mişel Obamanın proqramının hədəflərindən biri yaşından asılı olmayaraq bütün uşaqlar üçün bədən tərbiyəsi məşğələləri və səmərəli qidalanma imkanını təşviq etmək idi.

Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə məktəblər, uşaq bağçaları, xəstəxanalar, klinika və muzeylər üçün binalar tikib və ya bərpa edib. Birinci xanım həm də qadınların və əlil uşaqların problemlərinin həllinə yönəlmiş proqramlar üzərində işləyib. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva Fondun Azərbaycan hüdudlarından kənarda, xüsusən təhsil sahəsində fəaliyyətini genişləndirib. Gürcüstan, Misir, Rumıniya, Rusiya, Hollandiya və Pakistanda məktəblər inşa edilib və bərpa olunub.

Müəllif yazır ki, Heydər Əliyev Fondu görmə qabiliyyəti zədələnmiş uşaqlar üçün Sarayevoda yerləşən, Balkanlarda müharibədən sonra dağıdılmış mərkəzi də bərpa edib. Azərbaycanda yəhudi məktəbinin tikilməsi, Vatikanda katakombaların, Azərbaycan, Bolqarıstan, Fransa, Rusiya və digər ölkələrdə çoxsaylı kilsələrin bərpası qədim dinlərarası tolerantlıq ənənələrinin nümunəsidir.