YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Yeni inkişaf strategiyasının mərkəzində də insan amili dayanır

«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkə iqtisadiyyatının və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir. Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına xidmət edəcək». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı istlahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Onun sözlərinə görə, strateji yol xəritələrində sahibkarlığın, kənd təsərrüfatının, nəqliyyat sisteminin, maliyyə-bank sektorunun inkişafı və s. məsələlər nəzərdə tutulub.

«Eləcə də, rəqabətqabiliyyətli qeyri-neft sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta gətirəcək ölkə brendindən ibarət olan məhsulların istehsalının artırılması, bununla yanaşı əhalinin sosial müdafiəsinin artırılması, təhsil, səhiyyə problemləri strateji yol xəritəsində yeni modellər təklif olunmaqla əksini tapıb. Bütün bunlar bir daha göstərir ki, yeni inkişaf strategiyasının mərkəzində də insan amili dayanır»- deyə, M.Quliyev vurğulayıb.