YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “ASAN xidmət”in bəyənilmə əmsalı 100 faizə yaxındır

“ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, insanların bu xidmətə verdikləri qiymətdir.

Prezident İlham Əliyev bu fikirləri Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışı zamanı deyib.

Son bir neçə il ərzində “ASAN xidmət”ə 13 milyon müraciət olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu xidmətin həm coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır: “Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.

 

DİGƏR Xəbərlər Arxiv