YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Almaniyanın Kanslerinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Berlində törədilmiş terror aktı ilə əlaqədar Almaniyanın Federal Kansleri Angela Merkelə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik”.

Dövlətimizin başçısı baş vermiş faciə ilə əlaqədar Kanslerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.