YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək

Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosfor boğazının altından çəkilən "Avrasiya" tunelinin açılışında çıxışı zamanı deyib. /Trend/

Dövlət başçısı qeyd edib ki, səfirə hücum faciəvi hadisədir:

"Mən ötən gün telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verdim. Bizim ümumi fikrimiz var ki, bu hadisə Türkiyə-Rusiya münasibətlərinə qarşı yönəlmiş açıq təxribatdır. Moskva və Ankara insidentin araşdırılması üzrə birgə komissiya yaradıblar".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.