YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Əhmədzadə: Melorasiya və su təsərrüfatı sahəsində bir sıra layihələr uğurla davam etdirilir

«Prezident İlham Əliyevin diqqəti  sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Melorasiya və Su Təsərrüfatı Açiq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadə bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısının nəticəsi olaraq son  illərdə bu sahəyə əsaslı kapital qoyuluşu  dəfələrlə   artmışdır. Onun sözlərinə görə, bunun nəticəsində 2003- 2015-ci illərdə  mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi- texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər alınmış, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj  şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 284,8 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217,9 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 42,7 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 km-dən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləndirilməsi işləri həyata keçirilmişdir.

«Bu illərdə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min km suvarma kanallarında, 3-3,5 min km kollektor-drenaj şəbəkələrində 50- 55 mln.kbm həcmində lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə 2000-2015-ci illərdə suvarma kanallarında və kollektor- drenaj şəbəkələrində 723,5 mln.kbm təmizləmə, çay məcralarında 197,7 mln. kbm tənzimləmə işləri yerinə yetirilmişdir»- deyə, Ə.Əhmədzadə vurğulayıb.