YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.