YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək

Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, tikinti işləri 3 ilə yekunlaşacaq. Tikinti zamanı 4 minə yaxın, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq.

Ş.Mustafayev qeyd edib ki, yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək. Həmçinin Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksək ixtisaslı kadrların hazırlanmasında bu işə cəlb olunacaq.