YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Büdcəmizdə sosial müdafiə məqsədlərinə ayırmalarda artım var

«Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bütün bunlara baxmayaraq, artıq iki ildir ki, büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayırmalar azalmır, bəzi maddələr üzrə hətta artım da hiss olunur.

«Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin bu il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi.
Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir»- deyə, komitə sədri vurğulayıb.